Bayden onları aldadıb, nazir tələb etdi: Vədini yerinə yetir
Bizi izləyin

Avropa

Bayden onları aldadıb, nazir tələb etdi: Vədini yerinə yetir

Polşanın İnkişaf və Regional Siyasət Nazirliyinin dövlət katibi Yadviqa Emileviç Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenə müraciət edərək vədinə əməl etməyi xahiş edib.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb. Söhbət Ukrayna sərhədi boyunca elevatorların quraşdırılmasından gedir. Ukrayna münaqişəsi nəticəsində zərər çəkmiş fermerlərə kömək etmək üçün belə tədbirlər görülməli idi.

“Keçən iyun ayında Bayden taxıl elevatorları tikmək üçün açıq söz verdi. Lakin biz vaxt haqqında soruşmağa başlayanda Ağ Evdə heç kim suala cavab verməyə hazır deyildi”, - Emileviç bildirib.

Ağ Ev Polşa rəsmisinin açıqlamalarını şərh etməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm