Avropa
Britaniyada "Wagner"in "QƏLƏMİ QIRILDI": Fərman layihəsi qəbul olunsa...
Britaniya hökuməti Rusiyanın "Wagner" özəl hərbi şirkətini terror təşkilatları siyahısına daxil edəcək.
Publika.az BBC-yə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Svella Braverman məlumat verib.
Nazirin sözlərinə görə, PMC-lərin terror təşkilatları siyahısına salınması haqqında fərman Böyük Britaniyanın qanunvericiliyində onun üzvlərinin “terrorçu” olması faktını təsbit edəcək.
Braverman hesab edir ki, "Wagner"in Ukrayna və Afrikadakı fəaliyyəti qlobal təhlükəsizliyə təhdid yaradır.
Fərman layihəsi tezliklə parlamentə təqdim olunacaq. "Wagner" MC-ni terror təşkilatı elan etmək onun Böyük Britaniyadakı üzvlərini qanundan kənarlaşdıracaq, onu dəstəkləmək və fəaliyyətini açıq şəkildə təsdiqləmək isə krallıqda cinayət məsuliyyətinə çevriləcək. Bu cür cinayətlərə görə maksimum cəza 14 il həbsdir.
Sənədə əsasən, Böyük Britaniyada terror qruplaşmasının simvollarını geymək və ya nümayiş etdirmək 5000 funt-sterlinqə (6300 dollar) qədər cərimə və ya 6 aya qədər həbslə nəticələnə bilər. Belə bir təşkilatın əmlakı ölkədə aşkar edilərsə, müsadirə olunacaq.
Hüseyn İbadlı
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO































