AMB-dən avro ilə bağlı VACİB QƏRAR: baza dərəcəsi dondurulur
Bizi izləyin

Avropa

AMB-dən avro ilə bağlı VACİB QƏRAR: baza dərəcəsi dondurulur

Cümə axşamı günü keçirilən iclasdan sonra Avropa Mərkəzi Bankı (AMB) baza faiz dərəcəsini illik 4,5% səviyyəsində saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə tənzimləyicinin açıqlamasında deyilir .

"Yenidən maliyyələşdirmə əməliyyatları, marja kreditləşməsi və depozit xətti üzrə faiz dərəcələri müvafiq olaraq 4,5%, 4,75% və 4% səviyyəsində qalacaq”, - məlumatda deyilir.

AMB-nin bu qərarı "DailyFX" portalı tərəfindən sorğu edilən analitiklərin konsensus proqnozu ilə üst-üstə düşüb. Açıqlamada, tənzimləyici mövcud dərəcə səviyyəsinin sonda inflyasiyanın hədəf səviyyələrə qədər yavaşlamasına səbəb olacağını vurğulayıb.

Gələcəkdə, AMB lazım olduğu müddətcə məhdudlaşdırıcı siyasəti davam etdirmək niyyətindədir.

PEPP aktivlərinin geri alınması proqramına gəldikdə, AMB İdarəetmə Şurası 2024-cü ilin birinci yarısında proqram çərçivəsində alınmış qiymətli kağızlar üzrə əsas ödənişləri yenidən investisiya etməyi planlaşdırır. PEPP çərçivəsində yenidən investisiya 2024-cü ilin sonunda başa çatacaq.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayının əvvəlində AMB üzvlərindən biri yaxın gələcəkdə məzənnənin azaldılmasının mümkünsüzlüyünü açıqlayıb.

Bundan əvvəl, AMB tarixindəki ən uzun faiz artımı seriyasını qırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm