Avropa
Finlandiyanın yeni prezidenti bəlli oldu
Finlandiyada keçirilən prezident seçkilərində səslərin 100 faizi hesablandıqdan sonra Aleksandr Stubb 51,6 faizlə qalib gəlib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Stubbın rəqibi, keçmiş xarici işlər naziri və parlament üzvü Pekka Haavisto 48,4 faiz səs toplayıb. Seçkilərdə iştirak 67,6 faiz təşkil edib.
Finlandiya prezident seçkilərinin ikinci turu bazar günü, fevralın 11-də yerli vaxtla saat 9:00-da başlayıb. Rəy sorğularına görə, hakim sağ mərkəzçi Milli Koalisiya partiyasının namizədi Alexander Stubb seçki yarışında şəksiz favorit olub.
Bundan əvvəl Stubb Helsinkinin Ukraynadakı münaqişənin həllində vasitəçi olmağa hazır olduğunu bəyan edib. Xüsusilə, o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla yaxşı şəxsi münasibətlərdə olduğunu və Moskva ilə dialoq qurmağa qadir olduğunu vurğulayıb.
Hüseyn İbadlı
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."


































