Qalmaqal: Avropol rəhbərlərinin şəxsi sənədlərini kimlər oğurlayıb?
Bizi izləyin

Avropa

Qalmaqal: Avropol rəhbərlərinin şəxsi sənədlərini kimlər oğurlayıb?

Avropa Polis Agentliyinin (Avropol) icraçı direktoru Ketrin de Bolle və onun üç müavininin şəxsi sənədləri təşkilatın Haaqadakı mənzil-qərargahından ötən ilin payızında yoxa çıxıb.

Publika.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb.

“Avropolun hüquq-mühafizə orqanı kimi rolunu nəzərə alsaq, işçi sənədlərinin yoxa çıxması təhlükəsizlik qaydalarının pozulması və şəxsi məlumatların açıqlanması ilə bağlı ciddi insidentdir”, - deyə yazıda bildirilib.

Avropol rəsmilərinin sözlərinə görə, itkin düşən nüsxələrin bəzilərini sonradan Haaqa sakini "ictimai yerdə" tapıb və onları polis idarəsinə gətirib. Lakin onların nə vaxt yoxa çıxdıqları və nə üçün qurumdan götürüldükləri bəlli deyil. Haaqa polisinin sözçüsü Stiven van Santen bildirib ki, “Haaqa polisi Avropolun apardığı daxili təhqiqatla bağlı bəzi işlərdə iştirak edib”.

Hadisədən sonra agentliyin insan resursları departamentinin rəhbəri Massimiliano Bettina vəzifəsindən kənarlaşdırılaraq inzibati məzuniyyətə göndərilib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm