Rusiya alman "bəbir"ini Ukraynada "OVLADI" - VİDEO
Bizi izləyin

Avropa

Rusiya alman "bəbir"ini Ukraynada "OVLADI" - VİDEO

Rusiya Silahlı Qüvvələrinin (RFAF ) əsgərləri Almaniya istehsalı olan "Leopard 2" tankını ələ keçiriblər.

Publika.az xəbər verir ki, bu barədə İrlandiyalı jurnalist Çey Bouz "X" sosial şəbəkəsində məlumat yayın.

O qeyd edib ki, hərbi texnika artıq Moskvaya aparılır.

"NATO-nun Ukraynaya "buraxdığı", "oyun dəyişdirən" "Leopard"lardan biri ələ keçirilib. Bir neçəsi isə məhv edilib. İndi o, şübhəsiz ki, artıq Moskvaya yola salınır", - jurnalist yazıb.

Bouz əlavə edib ki, ələ keçirilən "Leopard 2A6" Ukrayna Silahlı Qüvvələrinin (AFU) istifadə etdiyi ən güclü tank ola bilər.

Bundan əvvəl "Military Watch Magazine" rus əsgərlərinin Ukraynaya təhvil verilmiş "Leopard 2" tankının ən güclü versiyasını ələ keçirdiklərini yazmışdı.

Nəşrin müəlliflərinin fikrincə, əvvəllər təqdim olunan avadanlıqların ələ keçirilməsi ilə bağlı videoçəkiliş orijinaldır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm