Boris Conson partiyasını xilas edə biləcək? - Çağırış etdi
Bizi izləyin

Avropa

Boris Conson partiyasını xilas edə biləcək? - Çağırış etdi

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson seçkiqabağı tədbirdə hakim Mühafizəkarlar Partiyasına dəstək məqsədilə ilk planlaşdırılmamış çıxışını edib. O, britaniyalıları müxalif Leyboristlər Partiyasının qələbəsini qaçılmaz hesab etməməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Əgər bu sorğular düzgündürsə, Leyboristlərə parlamentdə super çoxluq verməyimiz tamamilə dəlilik deyilmi ki, onlar bizi Brüsseldə oğlanlara tapşırmaq üçün istifadə edirlər?", - siyasətçi deyib.

Conson həmçinin seçiciləri lideri Naycel Faraj olan sağçı populist Reform UK partiyasına səs verməməyə çağırıb.

Xatırladaq ki, iyunun 20-də məlum olub ki, Britaniyanın baş naziri Rişi Sunak krallıqda keçirilən ümumi seçkilərdən sonra Mühafizəkarlar Partiyasının səsvermədə uğursuz çıxışı səbəbindən vəzifəsini itirmək riski ilə üzləşib. Bu ssenaridə o, partiyası seçkidə məğlub olduğu üçün istefa verən ilk baş nazir olacaq.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm