Yaxın Şərq
Trampın müsəlman ölkələrindən İsraillə bağlı tələbi: İran müharibəsi bitən kimi...
ABŞ prezidenti Donald Tramp bir çox ərəb və müsəlman liderlərindən İranla müharibəyə son qoymaq üçün razılıq əldə ediləcəyi təqdirdə İsrail ilə normallaşma müqavilələri imzalamağı istəyib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən "Axios" xəbər agentliyi məlumat yayıb. Trampın İsrail və ərəb ölkələri arasında yeni normallaşdırma razılaşmaları əldə etməyi hədəflədiyi mesajı, İran müharibəsindən bəri Yaxın Şərqdə atmağı planlaşdırdığı ən böyük diplomatik addım kimi qəbul edilir.
Trampın əsas məqsədinin Səudiyyə Ərəbistanı ilə İsrail arasında tarixi normallaşma razılaşması olduğu vurğulanır. Lakin bölgədəki mövcud siyasi atmosfer və qarşıdan gələn İsrail seçkiləri səbəbindən qısa müddətdə irəliləyiş əldə etməyin olduqca çətin olacağı bildirilir.
Xəbərə görə, Tramp şənbə günü Səudiyyə Ərəbistanı , Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderləri ilə İranla davam edən proseslə bağlı telefon danışığı aparıb.
ABŞ rəsmilərinin sözlərinə görə, İran müharibəsinə daha sərt yanaşma tərzinə malik liderlərdən biri hesab edilən BƏƏ prezidenti Məhəmməd bin Zayed də daxil olmaqla bir çox lider bu prosesi dəstəkləyib.
Görüşlə bağlı məlumatlı olan ABŞ rəsmisinin sözlərinə görə, Tramp liderlərə daha sonra İsrailin Baş naziri Netanyahu ilə görüşəcəyini və onun da yaxın gələcəkdə eyni görüşdə iştirak edəcəyinə ümid etdiyini bildirib.
İki ABŞ rəsmisinin sözlərinə görə, Tramp hələ “İbrahim Sazişi”ni imzalamayan və ya İsraillə rəsmi münasibətləri olmayan bütün ölkələrin İran müharibəsi bitdikdən sonra münasibətlərini normallaşdıracağını gözlədiyini bildirib.
İsrail ilə diplomatik münasibətləri olmayan Səudiyyə Ərəbistanı, Qətər və Pakistan liderlərinin bu tələbdən xüsusilə təəccübləndikləri bildirilir. ABŞ rəsmisi deyib: "Görüş zamanı hətta bir anlıq sükut da olub. Tramp zarafatla onlardan hələ də xətdə olub-olmadıqlarını soruşub”.
Məlumata görə, Tramp daha sonra məsləhətçiləri Kuşner və Stiv Uitkoffun yaxın həftələrdə bu məsələ ilə bağlı əlaqə saxlayacaqlarını deyib.
Müəllif: Tural
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə18 Oktyabr 17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi




































