Orban Olimpiadanın açılışını izləyib Qərbi əxlaqsızlıqda İTTİHAM ETDİ
Bizi izləyin

Avropa

Orban Olimpiadanın açılışını izləyib Qərbi əxlaqsızlıqda İTTİHAM ETDİ

"Paris Olimpiadasının açılış mərasimi Qərbin ümumi mənəvi zəmininin olmadığını nümayiş etdirdi".

Publika.az "M1" telekanalına istinadla xəbər verir ki, bunu Rumıniyanın Baile Tusnad şəhərində çıxışı zamanı Macarıstanın Baş naziri Viktor Orban deyib.

Orban qeyd edib ki, Qərb milli dövlətlərin, onlarla ortaq mədəniyyətin və ona əsaslanan əxlaqi prinsiplərin mövcudluğunu inkar edir. Onun sözlərinə görə, müşahidə etdiyi Olimpiya Oyunlarının açılış mərasimində ortaq dəyərlərin olmaması açıq-aydın görünürdü.

Siyasətçi əlavə edib ki, Qərbdən fərqli olaraq Mərkəzi Avropa ölkələri özünəməxsus mədəniyyətə söykənən və ümumi dəyərlərə əsaslanan milli dövlətlərin qorunub saxlanmasının tərəfdarıdır ki, bu da öz növbəsində bibliya ənənələrinə əsaslanan ümumi əxlaqi prinsipləri formalaşdırır.

Xatırladaq ki, iyulun 26-da Parisdə Olimpiya Oyunlarının açılış mərasimi olub. Sosial şəbəkələrdə bir çox istifadəçi “Son Şam yeməyi”nin parodiyası kimi qəbul edilən səhnəyə mənfi münasibət bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm