Avropa
İngiltərədə etirazlar səngimir: Hotelə hücum etdilər
İngiltərənin Rotherham şəhərində qeyri-qanuni miqrant axınına görə iğtişaşlar törədən etirazçılar miqrantların yerləşdirildiyi güman edilən “Holiday Inn Express” hotelinə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Maskalı şəxslər yanan zibil qabını da binaya yuvarladıblar, otelin qarşısında sıraya düzülmüş polis əməkdaşlarına müxtəlif əşyalar atılıb.
“Sky News”-un məlumatına görə, hoteldə olan ən azı bir polis əməkdaşı yaralanıb.
Bundan əvvəl telekanal iğtişaşlarla əlaqədar ölkə üzrə 90-dan çox həbsin olduğunu bildirmişdi.
Etirazlar Britaniyanın Mersisayd qraflığında polisin iyulun 29-da Sautport şəhərində uşaqlara bıçaqla hücum edilməsi barədə məlumat verdikdən sonra başlayıb. Üç uşaq ölüb, daha bir neçə uşaq və iki böyük ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 17 yaşlı yeniyetməni saxlayıb və ona 3 nəfəri qətlə yetirməkdə, daha 10 nəfəri öldürməyə cəhddə və saxlamaqda ittiham ediblər.
Southport, London və digər şəhərlərin sakinlərinin hücuma reaksiyası etirazlarla nəticələnib, polislə toqquşmalara və şübhəlinin qaçqın olması ilə bağlı təsdiq olunmayan məlumatların yayılmasına görə iğtişaşlara çevrilib.
Tural
-
Rəsmi xronika15:16
İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO
-
Hadisə15:10
Əsgərimiz güllə yarasından öldü - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...