Avropa
Polşada fəlakət: minlərlə hərbçi cəlb edildi

Polşada daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərdə 23 mindən çox hərbçi iştirak edir.
Publika.az xəbər verir ki, bu barədə "Polskie Radio" məlumat yayıb.
Ehtiyatda daha üç min əsgərin gözlədiyi qeyd edilir.
Ölkənin milli müdafiə nazirinin müavini Sezari Tomçikin sözlərinə görə, səfərbər olunanların əksəriyyəti hərbi əməliyyat qüvvələrinin sıralarından - demək olar ki, 14 min nəfər, Ərazi Müdafiə Qüvvələrinin isə 8 mindən çox hərbi qulluqçusu olub.
“Hərbi jandarm və Varşava qarnizonunun komandanlığı və hərbi universitetlərin əsgərləri də daşqınla mübarizəyə cəlb edilib”, - media yazır.
Öz növbəsində Polşanın maliyyə naziri Anjey Domanski bildirib ki, daşqının nəticələrinin aradan qaldırılması üçün Avropa İttifaqının vəd etdiyi 5 milyard avro məbləğində yardım kifayət etməyə bilər. Eyni zamanda, Polşa hökuməti həftənin əvvəlində ilk dəfə olaraq ölkənin cənub-qərbində yerləşən ərazilərdə təbii fəlakət vəziyyəti elan edib.
Akqabay

-
Ekologiya22:28
Azərbaycana payız gəldi
-
Rəsmi xronika22:14
İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir
-
MDB21:51
PUA hücumu: Moskva səması qapadıldı? - YENİLƏNDİ
-
Sosial21:15
Bakının məşhur bazarında söküntü başladı - VİDEO
-
Sosial19:50
Qaraxanbəyli kəndi belə görünəcək - FOTOLAR
-
Ekopublika.az19:40
Emin Ağalarov 5 il ərzində “Sea Breeze”də görüləcək işlərdən DANIŞDI
-
Nida Xəbər 19:10
Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır - DTX rəisi
-
İdman19:00
Həyat yoldaşı Runiyə belə sataşdı - FOTO