Yəhya Sinvarın necə öldürüldüyü bəlli oldu: İsrail əsgərləri təsadüfən...
Bizi izləyin

Yaxın Şərq

Yəhya Sinvarın necə öldürüldüyü bəlli oldu: İsrail əsgərləri təsadüfən...

Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarı öldürən İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri onunla qarşılaşacaqlarını gözləmirmişlər.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) İsrail rəsmilərinə istinadən yazıb.

NYT vurğulayır: "Çərşənbə günü gözlənilmədən Sinvarla qarşılaşan əsgərlər ərazidə patrul xidməti aparırmışlar".

Nəşr bildirir ki, oktyabrın 17-də axşam saatlarında təsadüfən HƏMAS rəhbəri ilə qarşılaşan qrup arasında atışma başlayıb. İsrail hərbçiləri atışma zamanı Yəya Sinvarın və yanındakı yaraqlıların olduğu binaya zərbə endiriblər. Qəzetin mənbələri bildirib ki, HƏMAS lideri digər iki yaraqlı ilə birlikdə öldürülüb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm