Avropanın Tramp qorxusu: Fransa və Almaniya bu məsələdə razılığa gəldi
Bizi izləyin

Avropa

Avropanın Tramp qorxusu: Fransa və Almaniya bu məsələdə razılığa gəldi

Fransanın müdafiə naziri Sebastien Lekornu almaniyalı həmkarı Boris Pistorius ilə ABŞ prezident seçkilərindən sonra Parisdə keçirdikləri görüşdə Avropa İttifaqının təhlükəsizliyi və müdafiəsinin gələcəyini müzakirə ediblər.

Publika.az xəbər verir ki, nazirlər ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Fransa prezidenti Emmanuel Makronun bir neçə ay əvvəl Sorbon Universitetində etdiyi çıxışa toxunan Lekornu bildirib ki, o, Avropanın sənaye strategiyasının Çinə ötürə bilməyəcək:

“Almaniyalı həmkarım ilə ABŞ prezident seçkilərinin və Avropa Parlamenti seçkilərinin nəticələrini müzakirə etdik. Baş verənlər qarşısında nəticə çıxardıq və öhdəlikləri müəyyənləşdirdik. Birinci öhdəliyimiz yenidən silahlanmaya davam etməkdir. Müxtəlif siyasi fərqləri aşmalı olan bir şey var, o da bizim ümumi təhlükəsizliyimiz və müdafiəmizdir. NATO-nun güclənməsinə töhfə vermək lazımdır”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm