Avropa
Almaniyada siyasi böhran: Koalisiya hökuməti dağılır
Almaniyanın maliyyə naziri vəzifəsinə Yorq Kukiesin təyin olunduğu, nəqliyyat naziri Volker Vissinqin isə vəzifəsini davam etdirəcəyi bildirilib.
Publika.az xəbər verir ki, Almaniya kansleri Olaf Şoltsun Azad Demokrat Partiyasının (FDP) lideri Kristian Lindneri maliyyə naziri vəzifəsindən uzaqlaşdırdığı və yerinə keçmiş iqtisadi müşaviri Yorq Kukiesi təyin etdiyi açıqlanıb.
İqtisadiyyat elmləri doktoru olan Kukies Şoltsun iqtisadi müşaviri vəzifəsində çalışıb.
Digər tərəfdən, Almaniyanın rəqəmsal və nəqliyyat üzrə federal naziri Volker Vissinq koalisiya hökumətinin dağılmasına baxmayaraq vəzifəsində qalmağı planlaşdırdığını və partiyasından ayrıldığını açıqlayıb.
Mətbuat konfransı keçirən Vissinq bildirib ki, Lindner işdən çıxarıldıqdan sonra kansler Şolts ondan Federal Nəqliyyat Nazirliyinə rəhbərlik etməyə davam etməsini istəyib.
Xatırladaq ki, Almaniya kansleri Lindneri vəzifəsindən azad edəcəyini və 15 yanvar 2025-ci ildə Federal Məclisdən etimad səsverməsi tələb edəcəyini qeyd edib. Bunun üzərinə Almaniyadakı koalisiya partnyoru Azad Demokratik Partiyası bütün nazirlərini hökumətdən geri çəkmək və faktiki olaraq koalisiyadan çıxmaq qərarına gəlib.
Aysel Şahmar
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Sağlamlıq09:00Nevroloq iş yerində mürgüləmənin faydalarını izah etdi
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO

























.jpg)







.jpg)

.jpg)