Dünya
Putin Trampı təbrik etməyib? - Kremldən REAKSİYA
Vladimir Putinin Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə qeyri-rəsmi təbrik etməyib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
Peskov Rusiya mətbuatına açıqlamasında "Bunlar etibarsız məlumatlardır" deyib.
Kreml nümayəndəsi noyabrın 6-da Rusiya hakimiyyətinin və elitasının nümayəndələrinin, o cümlədən prezident Vladimir Putinin Trampı rəsmi zənglə təbrik etməməsi barədə məlumat verən “Verstka” jurnalının nəşrini belə şərh edib.
“Verstka”nın parlamentdəki yüksək rütbəli həmsöhbəti iddia edir ki, təbrikləri xarici işlər naziri Sergey Lavrov, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, "Sberbank"ın rəhbəri German Qref, Dövlət Dumasının və Federasiya Şurasının spikerləri Vyaçeslav Volodin və Valentina Matvienko çatdırıblar.
Qeyd edək ki, “Verstka”nın Kremlə yaxın mənbəsi bildirib ki, qeyri-rəsmi təbriklər Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə göndərilib.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində respublikaçı Donald Tramp qalib gəlib.
Adəm Abbaslı
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
















.jpg)
















