Avropa
1,3 milyon miqrant Avropa İttifaqına üz tutacaq
Avropa İttifaqına gələn miqrantların sayı 2027-ci ildə 2015-ci ildən bəri ən yüksək həddə çatacaq.
Publika.az xəbər verir ki, bu barədə Avropa ölkələrinin miqrasiya sahəsində fəaliyyət göstərən analitik mərkəzlərinin ekspertləri proqnoz verib. Mütəxəssislərin fikrincə, gələn il İttifaqın xarici sərhədlərini keçən insanların sayı 1,3 milyon nəfəri ötə bilər.
Artımın əsas səbəbləri sırasında Yaxın Şərq və Afrikada davam edən silahlı qarşıdurmalar, iqtisadi böhranlar və iqlim dəyişikliyi ilə bağlı quraqlıq göstərilir. Bundan əlavə, insan alverçilərinin şəbəkələrinin genişlənməsi və Aralıq dənizi marşrutlarında nəzarətin zəifləməsi də axını artıran amillərdəndir.
Ekspertlər, həmçinin bəzi Avropa ölkələrində işçi qüvvəsinə olan təlabatın artmasının da miqrantları cəlb etdiyini vurğulayır. Proqnozlara görə, ən çox müraciət Almaniya, Fransa, İtaliya, İspaniya və Yunanıstana ediləcək. Bu, üzv dövlətlərin qəbul sistemləri üzərində əlavə yük yaradacaq və sığınacaq prosedurlarının uzanmasına gətirib çıxara bilər. Avropa Komissiyası isə miqrasiya və sığınacaq haqqında yeni paktın tətbiqinin sürətləndirilməsinin vacibliyini bildirib. Brüsseldə keçiriləcək növbəti sammitdə bu məsələnin əsas mövzulardan biri olacağı gözlənilir. Sərhəd xidmətləri gələn il üçün əlavə maliyyə və təchizat tələb edir, çünki resurslar artan axını qarşılamaq üçün kifayət etməyə bilər.
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO
-
Ekologiya12:39Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu
-
Hadisə11:35Bu ərazilərdə qaz kəsildi



























.jpg)









