Avropa
Mey Britaniyanın Aİ-yə qayıtmasına qarşı çıxdı: "Yolunuza davam edin!"
Böyük Britaniyanın sabiq Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqına (Aİ) yenidən üzv olması ehtimalını kəskin tənqid edib və hazırkı hökumət başçısı Endi Börnhemi “Brexit” məsələsini yenidən gündəmə gətirməməyə çağırıb.
Publika.az xəbər verir ki, Tereza Mey BBC telekanalının “Sunday with Laura Kuenssberg” proqramına müsahibəsində Baş nazirin Böyük Britaniyanın Aİ-yə qayıtması imkanını nəzərdən keçirməsindən ciddi narahatlıq keçirdiyini bildirib.
“Brexit” artıq baş tutub. Sadəcə bunu qəbul edin və yolunuza davam edin”, – deyə sabiq Baş nazir vurğulayıb. Onun sözlərinə görə, Endi Börnhem ölkənin Aİ-dən çıxması ilə bağlı keçirilmiş referendumun nəticələrini yenidən müzakirə etməyə çalışır. Tereza Mey hesab edir ki, hökumət keçmiş qərarları yenidən nəzərdən keçirmək əvəzinə, ölkənin hazırda üzləşdiyi problemlərin həllinə diqqət yetirməlidir.
Qeyd edək ki, bu həftə Brüsseldə keçirilən sammitdə Endi Börnem Böyük Britaniya ilə Avropa İttifaqı arasında gələcək münasibətlərin mümkün istiqamətləri barədə yeni ideyaları müzakirə etmək istədiyini bildirib.
2016–2019-cu illərdə Böyük Britaniyanın Baş naziri olmuş Tereza Mey ölkənin Aİ-dən çıxması ilə bağlı üç il davam edən mürəkkəb danışıqlara rəhbərlik edib. O, Baş nazir vəzifəsinə gəlməzdən əvvəl keçirilən referendumda Böyük Britaniyanın Avropa İttifaqında qalmasını dəstəkləsə də, sonradan “Brexit” qərarının həyata keçirilməsinə çalışıb.
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO
-
Ekologiya12:39Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu





























.jpg)









