NATO-dan Rusiyaya mesaj: Polşanın hər qarışını müdafiə edəcəyik!
Bizi izləyin

Avropa

NATO-dan Rusiyaya mesaj: Polşanın hər qarışını müdafiə edəcəyik!

NATO-dan Rusiyaya mesaj: Polşanın hər qarışını müdafiə edəcəyik!

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Polşanın hava məkanında baş verən məlum hadisədən sonra Polşa ərazisini zəmanətli şəkildə müdafiə edəcəyini açıqlayıb.

Publika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.

"Mən NATO-nun Polşa ərazisinin hər qarışını müdafiə edəcəyinə zəmanət verə bilərəm!", - Rutte deyib.

Qeyd olunub ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali komandanı, general Aleksus Qrinkeviç də hərəkətə keçib. O, NATO-nun müdafiə və çəkindirmə qabiliyyətlərinə qarşı hər hansı bir təhdidi müəyyən etmək və zərurət yarandıqda müvafiq korrektələr etmək üçün bütün lazımi tədbirləri görəcək.

Xatırladaq ki, noyabrın 20-də Polşa hakimiyyəti ölkənin hava məkanının pozulması barədə məlumat yaydı. Belə ki, səhər saatlarında Lyublin və Podkarpatski voyevodalıqlarının sakinləri hava hücumu xəbərdarlığına dair həyəcan siqnallarının səsinə oyandılar. Bundan sonra mediada Ukrayna sərhədindən 46 km aralıda yerləşən Noviy Lipovets kəndinə naməlum hava aparatlarının düşməsi barədə məlumat və videolar yayıldı. Bəzi kadrlarda raketlərin düşməsi iddia olunur.

Polşanın milli müdafiə naziri Vladislav Kosiniak-Kamış Polşada yerləşdirilən "Patriot" hava hücumundan müdafiə sistemlərinin döyüş hazırlığı vəziyyətinə gətirildiyini açıqladı.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm