Avropa
Deputat kokain istifadəçisi olduğunu etiraf etdi və geri çəkildi
Almaniya Bundestaqının Sosial Demokrat Partiyadan (SPD) olan üzvü Manuel Qava kokaindən istifadə etdiyini etiraf etdikdən sonra qarşıdan gələn parlament seçkilərində namizədliyini geri götürdüyünü bildirib.
Publika.az xəbər verir ki, 33 yaşlı deputat bu barədə “Neue Osnabrücker Zeitung” qəzetinə müsahibəsində məlumat verib.
M.Qavanın bu etirafı onun narkotikdən istifadə etməsinə dair dəlillərin “Neue Osnabrücker Zeitung” və “Tagesspiegel” qəzetlərindəki araşdırmalar nəticəsində ortaya çıxmasından sonra baş verib.
O, Bundestaqın deputatı və ictimai xadim olması ilə əlaqədar yaranan stressə dözə bilmədiyi üçün bir neçə ay ərzində kokaindən istifadə etdiyini bildirib.
M.Qava yenidən namizəd olmaması ilə bağlı qərarını xəstəliklə əlaqələndirsə də, “Neue Osnabrücker Zeitung” və “Tagesspiegel” qəzetləri onun bu barədə hər hansı sübut təqdim etmədiyini yazıb.
-
Nida Xəbər 13:58Emin Ağalarov Prezidenti belə təbrik etdi
-
İdman13:40Qadın idman jurnalisti izləyicilərini valeh etdi - FOTOLAR
-
Sosial12:58İş və istirahət günlərinin yeri dəyişdiriləcək? - Nazirlikdən açıqlama
-
Rəsmi xronika12:46İlham Əliyev Ağdamda açılışda iştirak etdi
-
MDB11:38Moskvadakı partlayışın detalları: Polislər şübhəli şəxsə yaxınlaşıblar və bu an... - VİDEO
-
ABŞ11:24Tramp Azərbaycana görə Paşinyana hədiyyə göndərdi
-
Rəsmi xronika11:12Putin Əliyevi təbrik etdi
-
ABŞ10:24ABŞ Karib dənizinə durmadan qoşun və təyyarələr yerləşdirir: Müharibə başlayır?

























