Avropa
İtaliya sahillərində gizli ada peyda oldu
İtaliyanın Venesiya şəhərinin sahillərində gizli ada peyda olub.
Publika.az xəbər verir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Venesiya laqununda maraqlı təbiət hadisəsi baş verib. Əsrlər boyu qısa müddət ərzində - yalnız yay aylarında görünən Bacan adası indi laqunun daimi hissəsinə çevrilib.
2020-ci ildə Venesiyanı daşqınlardan qorumaq üçün tikilən “Mose” adlı sel baryeri istifadəyə verildikdən sonra ada dalğalara qarşı müqavimət qazanıb və ərazisi getdikcə böyüyüb. Sant'Erasmo adası ilə Lido limanı arasında yerləşən bu qum adasının uzunluğu hazırda 260 metr, eni isə 10 metrdir. Burada artıq bitki örtüyü də formalaşıb.
İnsan və təbiət arasındakı kövrək tarazlığın simvolu sayılan Venesiya laqununun bənzərsiz gözəlliyi və tarixi əsrlər boyu turistlərin diqqət mərkəzində olub. Bu ada çimərlik həvəskarı olan yerli sakinlər, eləcə də turistlər üçün yeni istirahət məkanına çevrilə bilər. Lakin mütəxəssislər ərazinin ekosistemindən narahatdırlar. Onların fikrincə, bu, laqunun zərif ekosisteminə mənfi təsir göstərə bilər.
-
Dünya10:24
Əsədin qardaşının villasından şok görüntülər: Görün nə istehsal edirmişlər
-
Dünya10:06
Az qaldı: 2030-cu ildən sonra dünya ancaq bu ətdən yeyəcək
-
Region09:12
Türkiyə bundan imtina etsə, nəticəsi ağır olacaq - Muradyanın iddiası
-
MDB09:00
Moskvada güclü partlayış: general həlak oldu - VİDEO
-
Dünya08:50
7,4 bal gücündə zəlzələ baş verdi
-
Nəqliyyat08:34
15 yolda tıxac var - SİYAHI
-
İqtisadi gündəm07:35
Azərbaycanlılar Türkiyədə yaranan fürsətdən istifadə edə biləcəkmi?
-
Kriminal07:15
Valideynləri boşanmağa hazırlaşan 5 yaşlı Rüfət necə ölüb? - Nənəsi danışdı