Avropa
Hərbi təhlükəsizliyimizi hamburgerlərə dəyişmək fikrimiz yoxdur - Fransız nazir
“Biz hərbi təhlükəsizliyimizi hamburgerlər və alman avtomobilləri ilə dəyişmək fikrində deyilik”.
Publika.az xəbər verir ki, bunu Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornu ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindəki çıxışına cavab olaraq bəyan edib.
O bildirib ki, Fransa və Avropa İttifaqı hərbi təhlükəsizliyi hamburgerlərlə dəyişməyəcək. Nazir, həmçinin Avropa Komissiyasının vitse-prezidenti Stefan Sejurne tərəfindən bir gün əvvəl qaldırılan ticarət müharibəsinin qarşısını almaq üçün Avropa İttifaqı ilə ABŞ arasında “sövdələşmə” perspektivi ilə razılaşmadığını da deyib: “Təhlükəsizliyimizi həvalə etməkdən söhbət gedə bilməz. Stefan Sejurne yenidən silahlandırılmanı təşviq etməkdə haqlı idi, lakin bu, ABŞ-dan daha çox silah almaq demək deyil”.
Fransız nazir ABŞ-dan silah alınmasını tarixi cəfəngiyyat kimi qiymətləndirib.
Onun sözlərinə görə, avropalılar müdafiə məsələlərində, nəhayət Avropa muxtariyyəti üçün çərçivə müəyyən etməlidirlər.
Xatırladaq ki, Donald Tramp avropalı müttəfiqlərini Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) müdafiə xərcləri hədəflərinə çatmadıqlarına görə dəfələrlə tənqid etmiş və bu təşkilatdan çıxmaqla hədələmişdi. Onun ABŞ-ın Ukraynaya hərbi yardımını tənqid etməsi avropalı müttəfiqləri ABŞ-ın gələcək dəstəyi ilə bağlı narahatlığına səbəb olub. Trampın xarici idxala təklif etdiyi yüksək rüsumlar bir sıra Avropa paytaxtlarını xüsusilə narahat edir, çünki ABŞ əsas bazardır. Bir sözlə, Trampın hakimiyyətə yenidən qayıdışı Fransa siyasətçiləri arasında təlatüm yaradıb.
-
Qoroskop01:40Günün ulduz falı: Kiminləsə barışmaq üçün əla vaxtdır
-
İdman00:55“Qarabağ” İngiltərədədir - FOTO
-
Hadisə26 Yanvar 22:08Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan ATDI - FOTO
-
İdman26 Yanvar 21:26“Liverpul”la oyunda “Qarabağ”ın şansı nə qədərdir? - Beqoviç açıqladı
-
Sağlamlıq26 Yanvar 19:20Nə dərmanı var, nə peyvəndi - Ölümcül virus Azərbaycana da gələ bilər?
-
Hadisə26 Yanvar 19:00“TikTok”da qeyri-etik ifadələr işlədən Habil həbs edildi
-
Rəsmi xronika26 Yanvar 16:49Bu şəxslər 1000 manat cərimə olunacaq
-
Region26 Yanvar 16:46Futbol diplomatiyası: Lukaşenko İrəvana gələcək?
















.jpg)




















