Laporta “Nou Kamp”ı sel basması haqda: Gözləyirdik
Bizi izləyin

İdman

Laporta “Nou Kamp”ı sel basması haqda: Gözləyirdik

“Barselona”nın prezidenti Joan Laporta La Liqanın “Real Oviedo” ilə oyunu (3-0) zamanı “Kamp Nou” stadionunun bəzi ərazilərinin su altında qalması ilə bağlı danışıb .

Publika.az xəbər verir ki, xüsusilə, yağış suyu jurnalistlərin yaşadığı ərazini basıb.

“Dam hələ tamamlanmadığı üçün yağış yağsa, islanacağımızı gözləyirdik. Düşünürdüm ki, hamı kimi islanacağıq. Yağış hamımızı təəccübləndirdi. Çətir gətirməyi planlaşdırmamışdım. Stadion tikilir. Lazımi düzəlişləri edəcəyik.

Buraya hər gün gələndə yeni bir şeyin görüldüyünü görürük. Üçüncü mərtəbədə işlər, eləcə də daxili bəzək işləri yaxşı gedir. Hər şey plana uyğun gedir”, – deyə Joan Laporta bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm