Fransadan müsəlmanlara hörmətsizlik - Məscidin qapısına donuz başı...
Bizi izləyin

Avropa

Fransadan müsəlmanlara hörmətsizlik - Məscidin qapısına donuz başı...

İslamofobiyanın gündən-günə artdığı Avropada yeni qalmaqallar yaşanmaqda davam edir. Fransanın Çerburq şəhərində Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) aid məscidin qapısına donuz başı çəkilib.

Publika.az xəbər verir ki, Fransa DİTİB İdarə Heyətindən verilən yazılı açıqlamada Çerburqda məscidin qapısına donuz başı çəkildiyi bildirilib.

Bəyanatda deyilir:

“Sülh mənbəyi olan məscidimizi hədəf alan bu qəbuledilməz hərəkəti şiddətlə qınayırıq. Bütün cəmiyyətimizə tezliklə şəfa diləyir, hörmət və insanlıq dəyərlərini müdafiə etmək əzmimizi bir daha vurğulayırıq”.

Xatırladaq ki, keçən həftə Fransanın Saint-Omer şəhərində DİTİB-ə bağlı məscidin qarşısına təlimlərdə istifadə edilən əl qumbarası atılıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm