Sosial
Paytaxtın məşhur bazarı BELƏ SÖKÜLÜR - VİDEO
Bakının məşhur "Keşlə bazarı"nda söküntü işlərinə başlanılıb.
Publika.az "Xəzər" TV-yə istinadən məlumat verir ki, layihənin əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və metronun "Nərimanov" stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə metronun "Gənclik" və "Nərimanov" stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaq.
Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində metronun "Gənclik" və "Nərimanov" stansiyaları ətrafındakı ərazilərdən "Koroğlu" stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşrutunun yaradılması hesabına Heydər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb, tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri də yerinə yetirilib.
Qeyd edək ki, bazarda ticarətlə məşğul olan sahibkarlar Dərnəgüldə salınan yeni "Keşlə bazarı"nda fəaliyyət göstərirlər.
Ətraflı süjetdə:
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Müsbət xəbərlər ala bilərsiniz
-
Qoroskop2 Fevral 22:48
Hər zaman və hər yerdə şansı olan TƏK BÜRC - "Şeytan tükü" var
-
Sosial2 Fevral 22:36
Bakıda ət UCUZLAŞDI - VİDEO
-
Yaxın Şərq2 Fevral 22:12
Netanyahunun xanımının BAŞI DƏRDDƏ - İsrail polisi araşdırma başlatdı
-
İqtisadi gündəm2 Fevral 22:00
Qəhvə sevənlərə ÜZÜCÜ XƏBƏR: qiymətlər 47 ilin ən yüksək səviyyəsinə çatdı
-
Magazin12 Fevral 20:48
Çinarə Balidə belə əylənir - FOTO
-
Magazin22 Fevral 20:12
O mahnıdakı mesajlar haqda Ərdoğana MƏLUMAT VERİLDİ
-
ABŞ2 Fevral 19:36
Kanada ağır şərtlər altında - Tramp başqa şan vermir