"Azərbaycanı AŞPA-da yenidən görməkdən məmnun olaram"
Bizi izləyin

Nida Xəbər

"Azərbaycanı AŞPA-da yenidən görməkdən məmnun olaram"

Birləşmiş Krallığın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndəsi Kristofer Çop Azərbaycanda parlamentin fəaliyyətini və ölkənin demokratik vəziyyətini yüksək qiymətləndirərək, Azərbaycanın AŞPA-ya qayıtmasını arzuladığını bildirib.

Publika.az xəbər verir ki, Kristofer Çop AZƏRTAC-a verdiyi müsahibədə Azərbaycanda real müxalifətin mövcudluğunu və ölkənin legitim bir demokratiya olduğunu vurğulayaraq deyib: “Azərbaycanı hər zaman dəstəkləmişəm və beynəlxalq ictimaiyyət də bu mövqeni bölüşür. Azərbaycan bəzi ölkələrdən gələn düşmənçilik münasibətlərinə qarşı mübarizə aparır”.

Gürcüstanla bağlı AŞPA-nın son qərarlarına da münasibət bildirən Kristofer Çop qeyd edib ki, çoxları Gürcüstanla dost olmaq istəyirdi, amma son seçkilərdən sonra məyus oldular. O, Azərbaycan məsələsində isə AŞPA-da ölkəyə qarşı mənfi mövqe tutan bəzi parlamentarilərin olduğunu bildirib. K.Çop Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təqdim etmədiyi üçün bu məsələni açıq şəkildə müzakirə edə bilmədiyini vurğulayıb.

“Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasını çox istəyirəm”, - deyən K.Çop bu mövzu barədə, xüsusilə alman parlamentari Şvabe haqqında danışarkən, onun gələcəkdə AŞPA-da yer alıb-almayacağı ilə bağlı hələlik bir məlumatının olmadığını bildirib. O, “Şvabe kimi bəzi şəxslərin mövqeləri xoşagəlməz olsa da, bu, əsaslı bir səbəb olmamalıdır”, - deyə əlavə edib.

Sonda Kristofer Çop Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasına ümid etdiyini, onları yenidən salamlayaraq qarşılayacağını söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm