Avropa
Britaniya kralı yenidən xəstəxanaya yerləşdirildi
Britaniya kralı III Çarlz xərçəng müalicəsinin “yan təsirləri” səbəbindən xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə Bukingem sarayının mətbuat xidməti məlumat yayıb.
Xəstəxanaya yerləşdirmə ilə əlaqədar kralın martın 27 və 28-nə planlaşdırılan bütün qəbullar ləğv edilib.
“Əlahəzrət baş verənlərdən məyus ola biləcək hər kəsdən üzr istəmək istərdi”, - mətbuat xidməti bildirib.
Lakin qısamüddətli müşahidədən sonra monarx Londondakı iqamətgahı Klarens Hausa buraxılıb.
2024-cü ilin dekabr ayının sonlarında Britaniya kralı III Çarlz keçmiş xəstəxana kilsəsindən xalqa nitq söyləməklə onilliklər boyu davam edən Milad ənənəsini pozub.
III Çarlz səhiyyə ilə tarixi əlaqələrinə görə keçmiş kilsədən çıxış etməyi üstün bilib. O, xərçənglə mübarizə apardığı üçün buranı seçib. Xəstəlik 2024-cü ilin fevralında aşkar edilib.
Hüseyn İbadlı
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var




































