Cənubi Qafqaz
Bu ərazilər Azərbaycana qaytarılır - Ermənistan ikiyə bölünəcək
Ermənistanın baş naziri Nikol Paşinyanın anklavlarla bağlı səsləndirdiyi fikirlər ölkəsində ciddi müzakirələrə səbəb olub. Erməni baş nazir bildirib ki, Kərki, Bərxudarlı və Yuxarı Əskipara Azərbaycan ərazisidir. O, anklav olan bu kəndlərin Azərbaycana qaytarılacağını deyib. Əlavə edib ki, “xəritələrin reallığa uyğun gəlmədiyi digər ərazilər də var – Cermukda (İstisu), Vayots Dzorun (Dərələyəz) digər rayonlarında və həmçinin Tavuşda. Məsələ həll olunmalıdır, lakin hərbi seçim olmadan”. Paşinyan Başkəndlə bağlı “erməni anklavı” iddiasını da yenidən təkrarlayıb.
Publika.az xəbər verir ki, Ermənistan müxalifəti baş nazirin açıqlamasını Azərbaycana yeni ərazilərin qaytarılacağının anonsu kimi qiymətləndirir.
Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov Ermənistan hakimiyyətinin güzəşt seriyasını davam etdirdiyini iddia edib.
“Baş nazir artıq Tiqranaşeni Kərki adlandırır və Azərbaycana təhvil verməyə hazırlaşır”, - o bildirib.
“Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan bildirib ki, Kərkinin Azərbaycana qaytarılmasından sonra strateji çətinliklər yaranacaq.
“Tiqranaşen (Kərki-red) Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Əgər bu kənd Azərbaycana qaytarılsa və azərbaycanlılar orada baza qursalar, Ermənistan yarıya bölünəcək”, - erməni deputat iddia edib.
“Hraparak” nəşri isə Nikol Paşinyanı Azərbaycan və Türkiyəyə işləməkdə ittiham edib. Nəşr yazır ki, Ermənistan hakimiyyəti təkcə anklavları yox, sərhəd bölgəsində bir çox ərazini Azərbaycana qaytaracaq.
Ermənistanın baş nazirinə qarşı səslənən bu ittihamlar revanşistlərin təbliğat kampaniyasının tərkib hissəsidir. Paşinyan əslində erməni ictimaiyyətinə reallığı çatdırmağa çalışır. Çünki Kərki və Qazaxın üç anklav kəndi Azərbaycana məxsusdur, bununla yanaşı, SSRİ dövründə bir çox ərazimiz “otlaq və əkin” sahəsi adı altında ermənilərə verilib. Qarabağın işğalı dövründə isə Ermənistan sərhədin bir çox hissəsini qanunsuz olaraq irəli çəkib. Bütün bu məsələlər delimitasiya prosesində həll ediləcək və həm anklav kəndlər, həm də sərhəd bölgəsindəki ərazilər Azərbaycana qaytarılacaq.
Asif
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ



















.jpg)

















