Elm və təhsil
Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindən olan bir ailədə bu il tələbə sevinci üçqat yaşanıb.
Publika.az Modern.az-a istinadən xəbər verir ki, ana və iki övladı eyni vaxtda ali məktəbə qəbul olunublar. Ana Mirzəyeva Ülkər 39 yaşındadır. O, Sumqayıt Dövlət Universitetinin sosial iş ixtisası üzrə təhsil alacaq. Övladları Məryəm və Mövlud da yüksək bal toplayaraq qəbul imtahanlarında uğur qazanaraq tələbə adını əldə ediblər.
Qızı Mirzəyeva Məryəm 653 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Oğlu Mirzəyev Mövlud isə 570 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə fakültəsində təhsil alacaq.
Bununla da bir ailənin üç üzvü - ana, qızı və oğulu bu ildən etibarən ali təhsil yoluna birlikdə çıxacaqlar. Məryəm və Mövlud atalarının işi ilə əlaqədar Sabirabad rayonunun Bulaqlı kənd orta məktəbində təhsil alıb. Evdən üç universitetə üç tələbə yollanacaq.
Xatırladaq ki, atalarının işi ilə əlaqədar Məryəm və Mövlud Sabirabadın Bulaqlı kənd orta məktəbindən məzun olublar.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü



















.jpg)















