İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
Bizi izləyin

Dünya

İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır

İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır

İran hökuməti ABŞ-ın sanksiyaları sərtləşdirəcəyini və yeni məhdudiyyətlər tətbiq edəcəyini əvvəlcədən nəzərə alaraq buna qarşı hazırlıq görüb.

Publika.az xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə deyib.

Nazir bildirib ki, hökumətin iki illik iqtisadi planında mümkün problemlər nəzərə alınıb və ölkə yeni sanksiyalara hazırdır. Onun sözlərinə görə, ABŞ-nin İran iqtisadiyyatına təzyiqi Vaşinqtonun məqsədlərinə çatmasına imkan verməyəcək.

Mədənizadə müharibənin sənayeyə, xüsusilə metallurgiya müəssisələrinə təsir etdiyini, lakin zavodların fəaliyyətinin bərpa olunduğunu qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı iqtisadi müharibə və təcrid siyasətinin başladığını açıqlayıb və Tehrana dəstək verən ölkələri ciddi iqtisadi nəticələrlə hədələyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm