Avropa
SON DƏQİQƏ: İsrail İranı nə zaman vura biləcəyini AÇIQLADI
İsrail hakimiyyəti yəhudi dövlətinin təhlükəsizliyi naminə “istənilən vaxt” İrana qarşı güc tətbiqini istisna etmir.
Publika.az xəbər verir ki, Bu barədə TASS-a İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
O, ölkənin İrana qarşı sərt tədbirlər görməyə hazır olması ilə bağlı sualı cavablandırarkən deyib:
" İsrail öz təhlükəsizliyi üçün istənilən vaxt və istənilən yerdə hərəkət edəcək".
"ABC News" bu gün bildirib ki, İsrail rəsmiləri yaxın günlərdə İrana zərbə endirmək əmri verə bilər. Üç mənbə Vaşinqtonun mümkün hücum planlarında əli olub -olmaması barədə məlumatı olmadığını bildirib. Bununla belə, onlar ABŞ-ın İsrailə kəşfiyyat məlumatı verməsi ehtimalını istisna etməyiblər.
İyunun 12-də İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami bəyan edib ki, İsrailin gözlənilən zərbəsi ilə bağlı məlumatlar fonunda İranın cavabı əvvəlkindən “daha güclü və daha dağıdıcı” olacaq.
“The New York Times” dünən yazıb ki, İran hakimiyyəti İsrailin İslam Respublikasının nüvə obyektlərinə mümkün zərbəsinə cavab hazırlayıb. İran hökumətindəki adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, ölkənin hərbi və mülki rəhbərliyi artıq əks-hücum planını müzakirə ediblər.
Bundan əvvəl Tramp Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi barədə xəbərdarlıq etmişdi.
Hüseyn İbadlı
-
İdman7 Yanvar 22:52Ermənistan “Azərbaycan” yazısını lentlə örtən xizəkçiyə görə cərimə ödəyəcək
-
Nida Xəbər 7 Yanvar 21:55Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı
-
ABŞ7 Yanvar 21:31ABŞ Venesuela neftinin satışına başladığını elan etdi
-
Hadisə7 Yanvar 20:53Bakı metrosunda dəhşətli hadisə: sərnişin öldü
-
Nida Xəbər 7 Yanvar 20:45Azərbaycanın yeni paytaxtı hara ola bilər? - Prezident iki şəhərə işarə etdi
-
Sosial7 Yanvar 19:25Kirayə verən də, qalan da cərimələnə bilər - Yoxlamalar başladı
-
Sosial7 Yanvar 19:05Bakıda bazarda antisanitar şəraitdə ət satılırmış - VİDEO
-
Hadisə7 Yanvar 18:35Azərbaycanda milyonçu iş adamı HƏBSDƏ ÖLDÜ


































.jpg)

