Hadisə
Toya getdi, oğurluq etdi - "Ağ Saray"da hadisə
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən "Ağ Saray" şadlıq sarayında toy zamanı oğurluq edən şəxs həbs edilib.
Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü C.F. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs "Ağ Saray"da toyda olan zaman masanın üzərindən Əlihüseyn Kərimova məxsus "Honor" markalı mobil telefonu oğurlayıb və qaldığı hostelə gedib. O, həmin telefonun "WhatsApp" tətbiqinə daxil olub, sahibinin adından borc pul istəyib, öz kartına 230 manat pul göndərtdirib. Bundan sonra telefonu sındıraraq atıb.
C.F. ələ keçirdiyi pulu şəxsi ehtiyacları üçün xərcləyib və ümumilikdə zərərçəkmişə 500 manatdan artıq ziyan vurub.
Məhkəmənin hökmü ilə C.F. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 23 gün müddətinə həbs edilib.
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi
-
ABŞ08:48ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək
-
Ekologiya07:17Bu gün 33 dərəcə isti olacaq
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"








.jpg)






























