Hadisə
Cəbrayıl və Füzulidə güclü YANĞIN: sərhəd boyunca... - FOTO/VİDEO/YENİLƏNDİ
Publika.az hadisə yerindən ən son görüntüləri təqdim edir:
***
Füzuli rayonunun Əhmədalılar kəndinin yerli əhali tərəfindən "Şam adası" adlandırılan Arazkənarı ərazisi də yanır.
Güclü külək yanğının söndürülməsini çətinləşdirir.
Kənd sakinlərinin müxbirimizə verdiyi məlumata görə, yanğının baş verdiyi ərazi yaşayış sahəsindən uzaq olduğu üçün təxliyyə prosesi aparılmır.
Publika.az yanğının olduğu ərazidən görüntülər əldə edib:
***
Cəbrayıl ərazisində başlayan yanğın sərhəd boyunca yayılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində başlayıb və Füzuli rayon Qazaxlar, Mirzənağılılar kəndlərinə qədər yayılıb.
Geniş ərazilərə yayılan yanğın hazırda sərhəd boyunca davam edir. Yanğın baş verən əraziyə FHN-nin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonunun isə iki yanğınsöndürən bölməsinin avtomobili şəxsi heyətlə cəlb olunub.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi
-
ABŞ08:48ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək
-
Ekologiya07:17Bu gün 33 dərəcə isti olacaq
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"
-
İqtisadi gündəm05:45Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO








.jpg)































