Avropa
Avropa donur: Güclü qar, fırtına və leysan - Papa dua edə bilmədi
Avropada davam edən şiddətli qar nəticəsində ölənlər var.
Publika.az "The Guardian"a istinadən baş verən hadisələri təqdim edir.
Fransanın cənub-qərbindəki Landes bölgəsində yol-nəqliyyat qəzalarında üç nəfər ölüb, 15 nəfər yaralanıb, Paris bölgəsində isə daha iki nəfər ölüb. Bir sürücü Marne çayına yıxıldıqdan sonra xəstəxanada, digəri isə Fransa paytaxtının şərqində ağır tonnajlı yük maşını ilə toqquşduqdan sonra dünyasını dəyişib.
Bosniyanın paytaxtı Sarayevoda qarla örtülmüş ağac budağı başına düşən bir qadın ölüb.
Məlumata görə, qar səbəbindən Amsterdamdan Parisə gedən Eurostar qatarları ləğv edilib.
Avropanın böyük bir hissəsində soyuq hava müşahidə olunur, Almaniyanın cənub və şərqində temperatur -10°C-dən aşağı düşüb. Alman meteoroloqları cümə günü ölkədə fırtınalar, şimalda və şərqdə güclü qar yağacağını proqnozlaşdırıblar.
Böyük Britaniyada temperatur -12,5 dərəcəyə düşüb, güclü qar dəmir yolu, avtomobil və hava nəqliyyatının işini pozub və şimal bölgələrində yüzlərlə məktəbin bağlanmasına səbəb olub.
Şimali İtaliyanın alçaq ərazilərində temperatur sıfır dərəcəsindən aşağı düşüb və sinoptiklər çərşənbə axşamı Emiliya-Romanya, Marke və Toskananın orta və alçaq dağlıq bölgələrində qar yağacağını proqnozlaşdırıblar.
İtaliyada leysan yağışlar yağır. Romanın havası Papa XIV Leonun Müqəddəs Pyotr meydanında Epifaniya duasını etməyə mane olub.
Balkan ölkələrində isə güclü qar və leysan yağışlar çay daşqınlarına, nəqliyyat problemlərinə, elektrik və su təchizatında fasilələrə səbəb olub.
Serbiyada isə şiddətli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq olunub.
Xorvatiya və Monteneqroda güclü küləklər və dəniz fırtınası Adriatik sahillərinə zərbə endirib.
Adəm
-
Magazin216:55Narkotik əməliyyatında Enes Batur, Ecenaz Üçer, Çağrı Taner və Yaren Alaca da saxlanıldı
-
Tarix15:43Azərbaycanda qədim karvansaray aşkarlandı - FOTO
-
Hadisə14:31Sumqayıtda qızılları götürüb qaçan şəxs tutuldu - VİDEO
-
Sağlamlıq13:11Uşaq qidalarında gizli risklər - Ucuz və ya baha olmasından asılı olmayaraq...
-
Sağlamlıq12:33Görün Azərbaycanda bir ildə neçə ton saqqız çeynənilir – Faydası nədir, ziyanı nə?
-
ABŞ12:13Müəllim şagirdləri aldadaraq onların açıq-saçıq fotolarını yaydı - FOTO
-
Hadisə12:02Bakıda xalq artistinin oğlu döyüldü
-
MDB11:52Moskvalılar ən soyuq gecəni yaşadılar













.jpg)



















.jpg)






