Avropa
Yunanıstan “Rusiya” deyib, Türkiyəni “vurdu” - Avropanın “arxa qapısı” bağlanmalıdır
Avropa İttifaqı (Aİ) səlahiyyətliləri “Türk axını” boru kəməri ilə tranzit də daxil olmaqla, Rusiya qazının regiona nəqlini mümkün qədər tez qadağan etməlidir.
Publika.az xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis “Transatlantik enerji əməkdaşlığı üçün tərəfdaşlıq” konfransında bildirib. Onun çıxışı forumun saytında yayımlanıb:
“Aİ liderləri təbii qaz da daxil olmaqla Rusiyanın enerji təchizatından asılılığı aradan qaldırmalıdır”.
Yunanıstanın baş naziri qeyd edib ki, Rusiyadan yanacağın “Avropanın arxa qapısı” ilə vurulması üçün mövcud sistemin saxlanması blok üçün qəbuledilməzdir.
"Rusiya təbii qazı Avropaya arxa qapıdan, Türkiyə vasitəsilə daxil ola bilməz ", - Mitsotakis vurğulayıb.
O, Yunanıstanın Ukrayna ilə yanaşı əsas rol oynaya biləcəyi “şaquli dəhliz” modelinə keçidi daha optimal variant adlandırıb.
“Biz Yunanıstanda başlayan və Ukraynada bitən “şaquli dəhliz”ə keçidə hazır olmalıyıq”, - deyə baş nazir yekunlaşdırıb.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar da bu məsələdə oxşar mövqedədir. Təbii qaz hazırda Yunanıstana Bolqarıstanın qaz sistemindən Sidirokastro giriş nöqtəsində daxil olur, o da öz növbəsində “Türk axını” boru kəmərindən yanacaq alır. Yunanıstan həmçinin Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə qaz, eləcə də dəniz yolu ilə mayeləşdirilmiş təbii qaz (LNG) idxal edir.
Tural
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR














.jpg)


.jpg)





















