Avropa
Mertsin aqibəti necə olacaq? - Çətin seçim qarşısındadır
Almaniya kansleri Fridrix Merts rəhbərlik etdiyi Xristian Demokrat İttifaqının (XDİ) Meklenburq-Ön Pomeraniya federal torpağında keçirilən parlament seçkilərində ağır məğlubiyyətindən sonra çətin vəziyyətə düşüb.
Publika.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Nəşrin məlumatına görə, Mertsin qarşısında iki seçim var: kansler kimi siyasi karyerasının əsasını təşkil edən və cəmiyyətdə populyar olmayan islahatlar proqramını yenidən nəzərdən keçirmək və ya bu siyasəti müdafiə edərək seçkilərdə məğlubiyyət riskini artırmaq.
“Politico” qeyd edir ki, Almaniyada müharibədən sonrakı dövrün tarixində konservativlərin ən böyük seçki məğlubiyyətindən bir gün sonra Merts islahatlarına əhalinin mənfi münasibətinin əsas problemlərdən biri olduğunu etiraf edib. Lakin kansler bu problemin həlli ilə bağlı konkret fəaliyyət planı təqdim etməyib.
Bildirilir ki, XDİ rəhbərləri məğlubiyyətdən sonra açıq şəkildə kansleri dəstəkləsələr də, partiya rəhbərliyi daxilində Mertsin siyasətinin partiyanı tənəzzülə apardığı ilə bağlı narahatlıq artır.
Müəllif: Adəm
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü







.jpg)















.jpg)















