Avropa
Ancelina 112 yaşında vəfat etdi
İspaniyanın ən yaşlı insanı, kataloniyalı Ancelina Torres Vallbona 112 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Kataloniyanın baş naziri Salvador İlla "X" sosial media platformasında məlumat verib.
"Keçən il Ancelina Torreslə görüşmək nəsib oldu. O, iman və mehribanlıqla dolu, çox çalışqan və böyük daxili gücə malik müdrik qadın idi... Ailəsinə səmimi başsağlığı verirəm", - o yazıb.
EFE-nin məlumatına görə, Torres 1913-cü il martın 18-də Belvis kəndində anadan olub və demək olar ki, bütün həyatını Barselonada keçirib. O, yeddi uşağın beşincisi idi. Atasının ölümündən sonra ailə Kataloniya paytaxtına köçüb və Ancelina burada tikişçi kimi işləməyə başlayıb.
Torres 2025-ci ilin yanvarında 117 yaşlı Maria Branas və 113 yaşlı Piedad Loriente Peresin ölümündən sonra İspaniyanın ən yaşlı insanı olub. Ölkənin ən yaşlı qadını titulu indi jironalı 111 yaşlı Carma Noguera Falqueraya məxsusdur.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR













.jpg)


.jpg)





















