Avropa
Rusiyanın vurduğu Türkiyə tankerindən XƏBƏR VAR
Ukraynanın Odessa vilayətinin İzmail limanında yerləşən Türkiyənin "Orinda" LNG tankerində baş verən yanğın tamamilə söndürülüb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dəniz Administrasiyası məlumat yayıb.
Bildirilib ki, hazırda tanker üçün təhlükə yoxdur. Noyabrın 19-da gəmi lövbərə yedəklənəcək. Yanğın zamanı 16 ekipaj üzvündən heç biri xəsarət almayıb.
Qeyd edək ki, tanker Rusiyanın İzmail limanına endirdiyi zərbələrə tuş gəlib.
Noyabrın 17-nə keçən gecə Rusiya ordusu İzmail limanına bir sıra güclü zərbələr endirib. Əsas hədəflər enerji və liman infrastrukturu olub. Əldə olan məlumata görə, Rusiyanın ən azı 35 pilotsuz təyyarəsi İzmailə hücum edib. Hücumlar "Etalon" elektrik yarımstansiyasına ziyan vurub, şəhər və ətraf rayonların sakinləri elektriksiz qalıb.
4 min ton maye qaz daşıyan "Orinda" tankerində yanğın baş verib . Ekipaj gəmini təhlükəsiz tərk edə bilib.
Hüseyn İbadlı
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































