Avropa
Polşa prezidenti ölümlə hədələndi
Polşa prezidenti Karol Navrotski sosial şəbəkələrdə ölüm və fiziki zorakılıqla bağlı hədələr alır.
Publika.az xəbər verir ki, bu barədə TVP kanalı hökumət rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Navrotski bir həftə ərzində ikinci dəfə onlayn hədəfə çevrilib. Hadisələr hökumətin internetdə kontentə nəzarəti sərtləşdirmək səylərinin fonunda baş verir.
Bir neçə gün əvvəl polis 19 yaşlı gənci saxlayıb. O, tapançanın şəklini “tezliklə görüşərik, Karolek” qeydi ilə paylaşmışdı. Şübhəli polis nəzarətinə verilib və məhkəmə qərarı ilə Navrotskiyə yaxınlaşması qadağan edilib.
Polşa hakimiyyəti hesab edir ki, bu kimi insidentlər qanunsuz onlayn kontentin sürətlə silinməsinə imkan verəcək yeni qanunvericiliyin tezləşdirilməsinə ehtiyac olduğunu göstərir. Bununla belə, tənqidçilər, o cümlədən prezident Navrotski xəbərdarlıq edir ki, bu addımlar senzuranın genişlənməsi üçün zəmin yarada bilər.
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































