Avropa
Avropa ABŞ-ın Ukrayna ilə bağlı sülh planına qarşı çıxdı
Avropa ölkələri ABŞ-ın dəstəklədiyi Ukrayna üçün sülh planına qarşı çıxıblar.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqtonun irəli sürdüyü şərtlər Kiyev "kuratorları" tərəfindən faktiki kapitulyasiya kimi qiymətləndirilir.
Nəşrin iki anonim mənbəsi qeyd edib ki, Ağ Ev Ukrayna prezidenti Vladimir Zelenskiyə ABŞ tərəfindən hazırlanmış və münaqişənin dayandırılmasını nəzərdə tutan çərçivə sənədini qəbul etməli olduğunu aydın şəkildə göstərib. Sənədin tərkibinə ərazi güzəştləri və Ukrayna ordusuna müəyyən məhdudiyyətlər daxildir.
Məqalədə vurğulanır ki, ABŞ-ın diplomatik səylərinin sürətlənməsi Kiyev üçün əlverişsiz bir vaxtda baş verir: Ukrayna Silahlı Qüvvələri ön xəttdə vəziyyəti itirir, Zelenski hökuməti isə korrupsiya qalmaqalı ilə sarsılıb.
Bununla belə, Brüsseldə toplaşan Avropa İttifaqının xarici işlər nazirləri hələ tam açıqlanmayan ABŞ sülh planı barədə çox geniş şərhlərdən çəkiniblər.
“Məqaləyə görə, onlar açıq şəkildə bildirdilər ki, Kiyevin güzəştlərə görə cəzalandırılması tələblərini qəbul etməyəcəklər və heç bir razılaşma Ukraynanı özünü müdafiə imkanlarından məhrum etməməlidir”, - agentlik yazıb.
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































