Avropa
Avropa İttifaqı 3 min fələstinli polis əməkdaşına təlim keçəcək
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında ilk mərhələdə təxminən 3 min fələstinli təhlükəsizlik əməkdaşı üçün təlimlərin keçiriləcəyini bildirib.
Publika.az xəbər verir ki, Uzunmüddətli perspektivdə isə 13 min polis əməkdaşının hazırlanması hədəflənir. Polis əməkdaşlarının hazırlanmasını nəzərdə tutan Aİ-nin “EUPOL COPPS” missiyası qısa müddətdə Qəzzadakı ədliyyə və təhlükəsizlik strukturunun bərpasını dəstəkləyəcək. Bu məqsədlə Almaniya tərəfindən maliyyələşdirilən polis akademiyasında fələstinli polis təlimçiləri üçün proqramlar təşkil ediləcək. Digər tədbirlər isə missiyanın mandatının genişləndirilməsindən sonra həyata keçirilə bilər.
K.Kallas tədbirdən sonra media nümayəndələrinə açıqlamasında Aİ-nin “EUPOL COPPS” və “EUBAM Rafah” (Rifah sərhəd-keçid məntəqəsi) missiyalarının mandatının uzadılması məsələlərinin toplantıda müzakirə olunduğunu vurğulayıb.
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































