Avropa
Zelenski Yermakı işdən çıxarıb? - “Bu, hər yerdə olur”
Ukrayna Prezidenti Volodimir Zelenski hakim “Xalqın qulluqçusu” partiyasının deputatları ilə görüşü zamanı korrupsiya qalmaqalı fonunda öz administrasiyasının rəhbəri Andrey Yermakı vəzifəsindən azad etməkdən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksiy Honçarenko öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, iclasda iki deputat Yermakın istefası ilə bağlı məsələ qaldırıb. Onlardan biri də Maryana Bezuqla olub.
Zelenski cavab veribki, “heç kim heç yerə getmir”.
Qonçarenkonun sözlərinə görə, qarşıda çətin danışıqlar gözlənilir.
Strana.ua nəşrinin məlumatına görə, Zelenski görüş zamanı “korrupsiya normaldır, bu, hər yerdə olur” deyib.
Radanın deputatı Yaroslav Jeleznyak əlavə edib ki, Ukrayna Prezidenti bildirib ki, onun ofisi hazırda kimin fitnə-fəsad törətdiyini artıq bilir və araşdırma aparılır.
Hüseyn İbadlı
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































