Avropa
İlk qar İsveçin yollarını iflic etdi
Bu qışın ilk qarı yollarda tıxac yaratdı və yüzlərlə sürücü gecəni Evle və Söderhamn arasındakı magistralda tıxaclarda keçirdi.
Publika.az xəbər verir ki, bu, səlahiyyətlilərin yüksək hazırlıq və genişləndirilmiş texnika parkı ilə bağlı açıqlamaları fonunda baş verdi. İnfrastruktur naziri Andreas Karlson vəziyyətin qəbuledilməz olduğunu etiraf edərək nəqliyyat idarəsi və podratçıların işini yoxlayacağına söz verdi.
İdarə nümayəndələrinin sözlərinə görə, qəzaların yerini proqnozlaşdırmaq çətindir, intensiv magistrallarda texnika sadəcə olaraq hadisə yerinə çata bilmir.
Yol-nəqliyyat hadisələrin çoxunda yük maşınları iştirak edib, lakin onların qış şinlərindən istifadə edib-etmədiyinə dair hələlik heç bir məlumat yoxdur.
Yollardakı xaosdan sonra sosial demokratlar nazirin izahat üçün parlament nəqliyyat komitəsinin iclasına gəlməsini tələb ediblər.
“Vacib nəqliyyat daşımaları qar səbəbindən pozulmamalı, insanlar isə kömək üçün saatlarla maşınlarında gözləməlidirlər”, - deyə partiyanın nəqliyyat məsələləri üzrə nümayəndəsi Aylin Nuri bildirib.
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































