Avropa
Avropa narazıdır, bəs Makron nə deyir? - "Tramp planı" daşları yerindən oynadır
Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın Ukrayna ilə bağlı yeni planını nizamlanma üçün yaxşı, lakin daha da təkmilləşdirmə tələb edən əsas sənəd hesab edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"ABŞ-ın Ukrayna ilə bağlı planı yaxşıdır, çünki o, sülh təklif edir, lakin bu, iş tələb edən təməldir", - agentlik siyasətçinin sözlərindən sitat gətirib.
Bundan əvvəl "Das Bild" yazıb ki, Aİ ölkələri ABŞ prezidenti Donald Trampın təklif etdiyi Ukrayna sülh planının ən azı dörd bəndini dəyişmək istəyir. Nəşr aydınlaşdırıb ki, Avropa liderləri Rusiyanın Krım, Donbas və digər ərazilər üzərində suverenliyinin tanınması, Ukrayna ordusunun ixtisarı, Rusiyanın təhlükəsizlik zəmanətləri və onun dondurulmuş aktivləri ilə bağlı təkliflərlə kifayətlənmir.
Məqalədə bildirilir ki, dünyanın müxtəlif ölkələrindən ekspertlər və siyasətçilər Amerikanın yeni planına şübhə ilə yanaşırlar. Onlar Ukraynanın “effektiv kapitulyasiyası” barədə xəbərdarlıq edir və sazişi indiki formada təkcə respublika vətəndaşları üçün deyil, həm də Avropa ölkələrinin sakinləri üçün təhlükəli hesab edirlər.
Hüseyn İbadlı
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































