Avropa
Ərdoğan və Makron arasında görüş keçirildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvəsi çərçivəsində Cənubi Afrikada Fransa Prezidenti Emmanuel Makronla görüş keçirib.
Publika.az xəbər verir ki, görüşdə Türkiyə–Fransa ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan iki ölkə arasında münasibətlərin inkişafı üçün qarşılıqlı addımların vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti, Qəzzada əldə olunan atəşkəsin qorunmasının və humanitar yardımın bölgəyə çatdırılmasının önəm daşıdığını qeyd edib. O, bölgədə davamlı sülhün yeganə yolunun iki dövlətli həll olduğunu xatırladıb və bu istiqamətdə Türkiyənin səylərini davam etdirdiyini bildirib.
Ərdoğan həmçinin vurğulayıb ki, Ukrayna ilə Rusiya arasındakı müharibənin ədalətli və davamlı sülhlə başa çatması üçün diplomatik imkanlardan tam istifadə olunmalıdır.
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































