Avropa
Avropada antik sikkə rekord qiymətə satıldı
Avropanın "Numismatica Genevensis SA" hərrac evi İspaniya kralı III Filippə aid qızıl sikkəni Avropa üçün rekord sayılan 3,5 milyon dollara satıb.
Publika.az xəbər verir ki, auksion Cenevrədə keçirilib.
Satılan sikkə İspaniya tarixində ilk dəfə yüz eskudo nominalı ilə 1609-cu ildə zərb olunub. Onun çəkisi 339 qramdır. XVII əsrdə İspaniya taxt-tacı tərəfindən zərb edilmiş ən iri sikkə hesab olunur.
Tarixçilər bildirirlər ki, bu sikkə ticarət üçün deyil, taxt-tacın nüfuzunu nümayiş etdirmək məqsədilə hazırlanmış yeganə nüsxədir. Üzərində Kastiliya və Leon, Aragon, Portuqaliya, Avstriya, Burqundiya, Brabant və digər ərazilərin gerbləri təsvir olunub.
Alıcı və satıcının kimliyi açıqlanmır.
III Filipp 1578-ci ildə Madriddə doğulub və 20 yaşında taxta çıxıb. Onun hakimiyyəti dini fanatizmlə, dövlət borcunun artması ilə, həmçinin ölkədən 500 min moriskin mavr mənşəli sakinlərin qovulması ilə yadda qalıb.
Hüseyn İbadlı
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı

































