Rusiya ordusu şəhərin mərkəzinə zərbə endirdi: çoxlu sayda yaralı var
Bizi izləyin

Dünya

Rusiya ordusu şəhərin mərkəzinə zərbə endirdi: çoxlu sayda yaralı var

Rusiya ordusu şəhərin mərkəzinə zərbə endirdi: çoxlu sayda yaralı var

Rusiya ordusu noyabrın 20-də axşam saatlarında Ukraynanın Krivoy Roq şəhərinin mərkəzinə ballistik raketlərlə zərbə endirib. Hücum nəticəsində 20 nəfər yaralanıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanzha məlumat verib.

Yaralılar arasında üç uşaq var. Onlardan 7 yaşlı oğlanın vəziyyəti ağırdır və xəstəxanada müalicə alır.

Hücum nəticəsində restoran binasına, qarajlara və avtomobillərə ziyan dəyib. Zərbədən sonra ərazidə yanğın baş verib, hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm