Trampdan İranla bağlı açıqlama: “Heç kimə imkan verməyəcəyəm ki...”
Bizi izləyin

ABŞ

Trampdan İranla bağlı açıqlama: “Heç kimə imkan verməyəcəyəm ki...”

Trampdan İranla bağlı açıqlama: “Heç kimə imkan verməyəcəyəm ki...”

ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyi barədə heç vaxt ciddi düşünmədiyini bəyan edib.

Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

O bildirib ki, onu İrandakı rejim məsələsi xüsusi olaraq maraqlandırmayıb.

“Bəzi şəxslər rejim dəyişikliyindən danışırdılar. Amma izah edin görək, bu, nə deməkdir? Məni İrandakı rejim heç vaxt o qədər də maraqlandırmayıb”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti İranla daimi qüvvədə olacaq bir razılaşma əldə etmək niyyətində olduğunu da vurğulayıb.

“İranın nüvə silahına sahib olmasına heç kimə imkan verməyəcəyəm”, – deyə o qeyd edib.

Tramp əlavə edib ki, Vaşinqtonla Tehran arasında imzalanacaq razılaşma gələcəkdə ABŞ prezidentləri dəyişsə belə, İranın nüvə silahı əldə etməsinin qarşısını almalıdır.

Xatırladaq ki, noyabrın 20-də Donald Tramp İranın hələlik ABŞ-ı qane edə biləcək razılaşma imzalamağa hazır olmadığını bildirmişdi.

Həmin gün "CBS News" telekanalı ABŞ və İsrailin yaxın vaxtlarda İrana qarşı yeni hərbi zərbə endirmək imkanlarını nəzərdən keçirdiyini xəbər vermişdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm