Ekopublika.az
Turizm rayonunda təəccübləndirən statistika: Otellərdə cəmi 15 işçi çalışır, maaş isə...
Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan məlumata görə, ötən ilin sonunda ölkənin əsas turistik zonalarından biri olan Oğuz rayonunda otellərdə işləyənlərin cəmi sayı 15 nəfər olub. Bu isə 2024-cü ildəki işçi sayından 9 nəfər daha azdır. Rəsmi məlumatlara görə, ötən il Oğuz rayonunda otellərdə işləyənlər cəmi 56,6 min manat maaş alıb. Bu, o deməkdir ki, ötən il bu rayonda otellərdə işləyənlərin orta illik maaşı 3 773 manat, orta aylıq maaşı 314 manat olub. Xatırladım ki, ötən ilin yanvar ayından ölkədə minimum əməkhaqqı 400 manatdır.
Publika.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
O qeyd edib ki, Oğuzda “Panarama Resort Oghuz”, “Afra Hotel”, “XalXal Hotel and Restoran”, “Korifey Hotel”, “Qaynama Ailəvi İstirahət Mərkəzi” kimi otellər fəaliyyət göstərir.
"Oğuz çox gözəl rayondur, təbiəti, insanları möhtəşəmdir, hətta çox maraqlı tarixi abidələr də var – amma, turizmin vəziyyəti belədir.
Gürcüstanla sərhəd açıq olsa, tək elə o istiqamətdən Qax-Şəki-Oguz-Qəbələyə minlərlə turist cəlb etmək olar. Bundan başqa, turizm hekayə satmaqla populyar olur, Oguz rayonunda hekayələşdirmək üçün onlarla abidə var, sadəcə, kreativlik, iqtisadi azadlıqlar, sahə ilə məşğul olmaq istəyənlərə dəstək yoxdur...
Fotoda Oğuzdakı qədim kilsədir, tək elə bunun üzərində qurulmuş hekayə doğru təqdimatda minlərlə turist cəlb edər - amma, üzərində ağac bitib...”, - deyə iqtisadçı diqqətə çatdırıb.
-
Dünya20 Noyabr 22:18Tramp və Si Cinpindən süni intellektlə bağlı ortaq qərar
-
Səhiyyə20 Noyabr 20:48Dərmanlar da icbari tibbi sığortaya daxil edilir - Kimlər faydalanacaq?
-
Kriminal20 Noyabr 20:00Qətlə yetirilən Gülarənin atası danışdı: Ailədə nələr yaşanıb? - Video
-
Kriminal20 Noyabr 19:10DTX-dən terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat: İki nəfər saxlanıldı - Foto
-
Nida Xəbər 20 Noyabr 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial20 Noyabr 14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman20 Noyabr 14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO
-
Rəsmi xronika20 Noyabr 13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ






.jpg)





























.png)

