Meloni Zelenskiyə şəxsən etiraz etdi
Bizi izləyin

Avropa

Meloni Zelenskiyə şəxsən etiraz etdi

Meloni Zelenskiyə şəxsən etiraz etdi

İtaliyanın Baş naziri Corcia Meloni Ukraynanın prezidenti Volodimir Zelenskiyə ölkənin baş nazir müavini Matteo Salvininin Ukraynanın “Mirotvorets” (Ukrayna Milli Təhlükəsizliyinə Qarşı Cinayətlərin Əlamətlərinin Tədqiqi Mərkəzi) saytının məlumat bazasına daxil edilməsinə görə şəxsən etirazını bildirib.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Il Fatto Quotidiano” (IFQ) qəzeti yazır.

“Volodimir, bu, həm Salvini, həm də bütün italyanlar üçün qəbuledilməzdir”, – nəşr Meloninin sözlərini sitat gətirib.

Qəzetin məlumatına görə, qalmaqal İtaliya hökuməti daxilində fikir ayrılığına səbəb olub. Baş nazir “Könüllülər koalisiyası”nın Berlində keçirilən sammitinə səfəri zamanı bu fikir ayrılıqlarını aradan qaldırmalı olub. “Meloninin etirazından sonra Ukraynanın İtaliyadakı səfirliyi saytla əlaqəsinin olmadığını bəyan etməyə tələsib. Bununla belə, Salviniyə rəsmi üzrxahlıq edilməyib.

Noyabrın 19-da Salvini öz məlumatlarının “Mirotvorets”in bazasına daxil edildiyini aşkar edib. Noyabrın əvvəlində müxalifətdəki “Beş Ulduz Hərəkatı”ndan olan bir neçə italyan Avropa Parlamenti deputatının məlumatları da həmin bazaya əlavə edilib. Bundan sonra İtaliya Xarici İşlər Nazirliyi Kiyevdən izahat tələb edilməsini tapşırıb.

Salvini Ukrayna resursunun məlumat bazasında təxminən on ilə yaxındır ki, yer alır. O, Rusiyaya səfərindən və rəhbərlik etdiyi “Liqa” partiyasının “Vahid Rusiya” ilə əməkdaşlıq haqqında memorandum imzalamasından sonra bazaya daxil edilib. İtaliyalı siyasətçi Rusiyaya qarşı sanksiyaların əleyhinə çıxış edib, Krım və Donbassdakı referendumlar kontekstində xalqların öz müqəddəratını təyin etmək hüququnu tanıyıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm