Bakı 2015
Misir kanalı I Avropa Oyunlarından danışdı
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev Misirin geniş tamaşaçı auditoriyasına malik olan “Nil Əl-Əxbar” televiziya kanalına müsahibə verib.
Publika.az xəbər verir ki, Ş.Abdullayev çıxışında 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançının 20 idman növündə mübarizə aparacağını tamaşaçıların diqqətinə çatdırıb.
Azərbaycanın Londonda keçirilmiş son 2012-ci ilin yay olimpiya oyunlarında 10 medal qazandığını qeyd edən səfir dünyanın 200-dən artıq ölkəsi arasında ölkənin 30-cu yeri, Avropa ölkələri arasında isə 15-ci yeri tutduğunu bildirib.
Azərbaycan hökumətinin gənclərə və idmana verdiyi xüsusi önəmdən danışan Ş.Abdullayev son on il ərzində ölkədə 40-dan çox idman olimpiya kompleksinin inşa edildiyini qeyd edib.
Bundan başqa, səfir 2017-ci ildə Azərbaycanın “İslam Həmrəyliyi Oyunları”na ev sahibliyi edəcəyi barədə də məlumat verib.
Azərbaycanın Şərq və Qərb mədəniyyətlərinə sahib olduğunu, eyni zamanda İslam dünyasının ayrılmaz bir hissəsi olduğunu qeyd edən Ş.Abdullayev ölkəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası, Dinlərarası və Sivilizasiyalararası Forumlar barədə məlumat verib, dinc yanaşı yaşama tərzinin və tolerantlıq səviyyəsinin Azərbaycanda yüksək olduğunu diqqətə çatdırıb.
Azərbaycanda Bakı 2015 İlk Avropa Oyunlarının keçirilməsinin başlıca səbəblərinə toxunan səfir ölkənin iqtisadiyyatının son illərdə sürətlə inkişaf etməsinə toxunaraq, təbii sərvətlərdən, neft və qazdan əldə olunan gəlirlərin düzgün idarəçilik siyasəti əsasında digər sahələrin inkişafına yönəldilməsini, dünya ölkələri ilə əməkdaşlıq etdiyini, keçirilən olimpiya yarışlarında azərbaycanlı idmançıların nailiyyətlər əldə etməsini qeyd edib. Diplomat bununla da ölkəsinin ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə nail olduğunu vurğulayıb. Digər tərəfdən, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin dünya ölkələrinin diqqətini cəlb etmək, eyni zamanda ölkənin həm idman, həm də turizm sahələrini inkişaf etdirmək, iştirak edən ölkələr arasında birlik və həmrəylik yaratmaq məqsədi daşıdığını da qeyd edib.
Səfir Ş.Abdullayev Azərbaycanın sürətlə inkişaf etməsinə baxmayaraq, ölkəsinin qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağılq Qarabağ münaqişəsi olduğunu vurğulayıb. O, Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu qeyd edib, BMT TŞ tərəfindən 1993-cü ildə qəbul olunmuş 4 qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini bildirib.
Veriliş zamanı Azərbaycanın son illər yüksək inkişaf tempini və “Bakı 2015”-lə bağlı ölkədə həyata keçirilən hazırlıq işlərini əks etdirən video çarxlar nümayiş etdirilib.
Trend
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı





































.jpg)
